
Rusiya Suriyada daha bir hərbçisini itirib.
Ölən hərbçinin dəniz qüvvələrinin əsgəri, Kalininqrad sakini Andrey T. Olduğu bildirilib.
Qəlpə yarası alan əsgər Suriyadakı xəstəxanalardan birində keçinib. Hadisə zamanı Rusiyanın 4 hərbçisi də yaralanıb.
Andrey T. bu gün doğulduğu Smolensk vilayətində dəfn olunacaq.
Rusiya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı məlumat verməkdən imtina edib.
Qaynarinfo.az