Əfqan rəsmiləri bildirirlər ki, "Taliban” hökuməti Rusiyadan dizel və benzin almaq müqaviləsi üzrə Moskva ilə danışıqların son mərhələsindədir.
Qaynarınfo bu barədə "Newsweek" saytına istinadən xəbər
verir.
"Taliban” hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Həbiullah Rəhman Habib Əfqanıstanın ticarət nazirinin başçılıq etdiyi rəsmi nümayəndə heyətinin buğda və qaz alqı-satqısına dair müqavilələri yekunlaşdırmaq üçün Moskvaya getdiyini təsdiqləyib.
O bildirib ki, ticarət nümayəndə heyətinin ekspertləri hazırda Rusiya tərəfi ilə danışıqlar aparır və müqavilələr imzalanan kimi təfərrüatlar açıqlanacaq.
Bu, İranın "Taliban”la mehriban qonşuluğuna görə bu bazarı ələ keçirəcəyini gözlədiyi halda baş verib və belə görünür ki, İranın Çin və Hindistan bazarlarında enerji payını ələ keçirdikdən sonra Rusiya Əfqanıstanın yanacaq bazarını da onun əlindən alıb.
Aydın