Rusiyanın Maliyyə Nazirliyi suveren avrobondların iki buraxılışı üzrə dollarla olan öhdəlikləri yerinə yetirib.
Agentliyin məlumatına görə, qiymətli kağızlar üzrə - "Rusiya-2022” avrobondlarının 564,8 milyon dollarlıq kupon ödənişi və geri alınması, habelə "Rusiya-2042” avrobondları üzrə 84,4 milyon dollarlıq kupon gəliri ödəniş agentinə - Londonda yerləşən "Citibank”a köçürüb.
"Ödənişlər müvafiq avrobond emissiyasının valyutası - ABŞ dolları ilə həyata keçirilib. Beləliklə, suveren avrobondlara xidmət üzrə öhdəliklər emissiya sənədləri ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq yerinə yetirilir”, deyə Rusiya Maliyyə Nazirliyindən bildirilib.
Xatırladaq ki, aprelin 4-də xarici agent bank xarici valyutada sifarişləri yerinə yetirməkdən imtina etdiyinə görə Rusiyanın Maliyyə Nazirliyi ilk dəfə olaraq "Rusiya-2022” və "Rusiya-2042” avrobondları üzrə ödənişləri rublla həyata keçirmişdi.
Bundan sonra kredit sığortaları ilə bağlı rəy verən beynəlxalq komitə Rusiya dövlət borclarını rublla ödəməsinin defolt olduğu ilə bağlı yekdil rəy vermişdi. Rusiyanın defoltdan yayınması üçün may ayının 4-dək müddəti var.
Nizami Bağırov