"Bir neçə ay əvvəl rus işğalçıları öz hissələrini Belarusdan çıxarmağa başlayıblar”.
Qaynarinfo
xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko bu barədə brifinqdə bildirib. Onun sözlərinə görə, hazırda Rusiya rotasiya çərçivəsində öz ordusunun demək olar ki, hamısını təlim və məşq keçdikləri Belarusdan çıxarıb.
"Xoşbəxtlikdən, Belarus ərazisində olan və Belarus poliqonlarında təlimlərə cəlb olunan rus əsgərlərinin sayı son vaxtlar azalıb. Bu yaxınlara qədər biz bu rəqəmi 2 minə qədər hərbçi səviyyəsində müəyyən edirdik, lakin hazırda növbəti rotasiya baş verib və demək olar ki, bütün Rusiya qoşunları Belarus ərazisindən çıxarılıb”, - deyə o bildirib.
Spiker vurğulayıb ki, müəyyən müddətdən sonra Rusiya Federasiyasının növbəti bölmələrinin Belarus ərazisinə gətiriləcəyini və gələcəkdə bu ölkənin Rusiya hərbçiləri üçün poliqon və ya meydança kimi istifadə olunacağını istisna etmək olmaz. Amma indiyədək belə hərəkətlər qeydə alınmayıb.
"Belarusla sərhəddə vəziyyət tam nəzarət altındadır. Sərhədin o biri tərəfində biz düşmənin Ukrayna ərazisinə ikinci basqını həyata keçirə biləcək qruplaşmasının olduğunu görmürük. Heç şeyə baxmayaraq, biz vəziyyətin istənilən inkişafına hazırıq olmalıyıq”, - o əlavə edib.
Alpər