Rusiya Daxili İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin sədri Peter Hofmanski, onun müavini Luz del Karmen İbanez Karranza və hakim Bertram Şmitti axtarışa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mediazona” Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən məlumat
yayıb.
Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, hər üç şəxs "Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”. BCM hakimlərinə qarşı qaldırılan cinayət işlərinin təfərrüatları hələlik məlum deyil.
Almaniya vətəndaşı Şmitin və Polşa vətəndaşı Hofmanskinin kartlarında onların milliyyəti haqqında məlumat, Peru əsilli İbanez Karranzanın kartında isə "millət” sahəsində "YOX” sözü var.
Xatırladaq ki, bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verən BCM-nin hakimləri Tomoko Akane və Rosario Salvatore Aitalanı axtarışa verib. Hakimlərdən başqa BCM-nin prokuroru Kərim Əhməd Xan da axtarışa verilib.
Nizami Bağırov