Xəbər lenti

Rusiya dinc insanları bombaladı: 15 mülki şəxs öldü
Dünya14:14 26.09.2017

Rusiya dinc insanları bombaladı: 15 mülki şəxs öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyanın Hələb şəhərinə bağlı olan İdlib atəşkəs bölgəsinə hava hücumu təşkil edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Hələbin qərbindəki mülki müdafiə qrupu olan "Ağ Dəbilqəlilər"in nümayəndəsi Hamud Tenar bu barədə məlumat verib və bölgədə ümumilikdə 15 mülki vətəndaşın öldüyünü, çox sayda yaralının xəstəxanalara aparıldığını deyib. Tenar hücumun Rusiyaya aid hərbi təyyarələr tərəfindən törədildiyini təxmin etdiklərini qeyd edib.

Qeyd edək ki, 14-15 sentyabrda Astana görüşündə Rusiya, İran, Türkiyə İdlibi atəşkəs bölgəsi elan edib. Bölgədə çox sayda terrorçunun yerləşməsi mülki şəxslərin də hücum hədəfinə çevrilməsi və yanlışlıqla öldürülməsi ilə nəticələnir.

Gülşən

Qaynarinfo.Az