Xəbər lenti

"Rusiya Dnestryanı əraziyə qüvvələr yeritməyə cəhd etsə, itkilər 50-60% təşkil edəcək” - Hərbi ekspert
Dünya15:59 30.04.2022

"Rusiya Dnestryanı əraziyə qüvvələr yeritməyə cəhd etsə, itkilər 50-60% təşkil edəcək” - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
20"Rusiyanın simvolizmi çox sevməsinə və may bayramları üçün Ukraynaya hücum elan etməsinə baxmayaraq, Odessaya qoşun yeridə bilməyəcək".
Qaynarinfo xəbər verir ki, bunu UNİAN-a müsahibəsində hərbi tarixçi, ekspert Mixail Jiroxov deyib.
Onun sözlərinə görə, Rusiya iki amfibiya gəmisi ilə heç nə əldə edə bilməyəcək:
"Odessada amfibiya hücumunu tamamilə istisna edirəm. Dörd Rusiya desant gəmisindən biri Berdyanskda batdı. Digəri isə o qədər zərər gördü ki, bu, onun istifadəsinə imkan verməyəcək. Qalan gəmilər maksimum min nəfəri daşıya bilər. Yəni onlar çox qısa zamanda Ukrayna ordusu tərəfindən məhv ediləcək”.
Həmçinin, Jiroxov bildirib ki, Rusiya Dnestryanı əraziyə qüvvələr yeritməyə cəhd etsə itkilər çox olacaq.
"Dnestryanıya gəlincə, PMR-də Rusiya Federasiyasının bütün ordusu iki min əsgərdir. Yerdə qalan on beş mini Dnestryanı ordudur. Bununla belə, onlarda olan silahlar yüngül piyada və tanklardır. Sonuncuları barmaqla saymaq olar. Və mən hesab edirəm ki, Rusiya Dnestryanı əraziyə qüvvələr yeritməyə cəhd etsə, itkilər 50-60% təşkil edəcək”, - deyə ekspert qeyd edib.
Xəyal Abdullayev