Xəbər lenti

Rusiya Donbasa hücum üçün 20 min muzdlu gətirib – Xaftarla razılaşma
Dünya12:02 20.04.2022

Rusiya Donbasa hücum üçün 20 min muzdlu gətirib – Xaftarla razılaşma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukraynaya hücum üçün Suriya və Liviyadan 20 min muzdlu döyüşçü gətirib.
Qaynarinfo "The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu sözləri adının çəkilməsini istəməyən Avropa rəsmisi deyib.
Rəsmi şəxs bildirib ki, Rusiya Suriya, Liviya və digər yerlərdən topladığı 20 min muzdlu döyüşçünü Donbas döyüşlərində iştirak etmək üçün Ukraynanın şərqinə göndərib.
O, həmçinin bildirib ki, Rusiyanın Vaqner şirkəti tərəfindən yığılan döyüşçülərin hazırda dəqiq sayını və hansı ərazilərdən olduğunu söyləmək çətindir.
"Mən onu deyə bilərəm ki, biz Suriya və Liviyadan Ukraynanın Donbas regionuna müyyən transferlər görürük və bu döyüşçülər Ukrayna müqavimətinə qarşı ət kütləsi kimi istifadə olunur. Onlar piyada döyüşçülərdir. Ağır silahları və hərbi maşınları yoxdur”, - deyə qəzetin mənbəsi bildirib.
Suriyalı keçmiş döyüşçülər Ukraynada döyüşmək üçün təcrübə və rütbəsinə müvafiq olaraq aylıq 600 - 3000 dollar arası maaş alırlar.
Qeyd edək ki, keçən ay Ukrayna xüsusi xidmət orqanları Rusiyanın liviyalı komandan general Xaftarla yerli döyüşçülərin Donbasa göndərilməsi ilə bağlı razılığa gəlməsi haqqında məlumat yaymışdılar.
Nurlan Hüseynov