Xəbər lenti

Rusiya dondurulmuş aktivlərin müsadirəsini məhkəmədə mübahisələndirəcək
Dünya13:17 12.01.2024

Rusiya dondurulmuş aktivlərin müsadirəsini məhkəmədə mübahisələndirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ABŞ və ya Avropanın Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək cəhdlərinin qarşısını almaq üçün hüquqi addımlar atmağa hazırlaşır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən Rusiya rəsmiləri agentliyə bildiriblər ki, Rusiya Bankı indi məhkəmə çəkişmələri zamanı ölkənin maraqlarını təmsil etmək üçün beynəlxalq hüquq firmaları ilə müqavilə bağlamağa yaxındır. Mənbələrin bildirdiyinə görə, Rusiya hakimiyyət orqanları müvafiq xarici qanunvericiliyi və presedentləri təhlil edən ekspert hesabatları da hazırlayıb.
Rusiya Bankı "Bloomberg"ə planlarını şərh etməkdən imtina edib. Eyni zamanda prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya həqiqətən də belə bir qərarı məhkəmədə mübahisələndirə bilər. O, həmçinin bildirib ki, aktivlərin müsadirəsi "belə qərarlar verənlər üçün çox əhəmiyyətli məhkəmə və hüquqi xərclərə" səbəb olacaq.
Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina ötən ilin iyul ayında tənzimləyicinin vəsaitlərin müsadirə edilməsinə məhkəmədə mübahisələndirməyə "demək olar ki, hazır olduğunu" söyləyib. RBC qəzetinə müsahibəsində o, bildirib ki, mümkün müsadirə "bütün mərkəzi banklar üçün çox mənfi siqnaldır, belə ki, bu, ehtiyat təhlükəsizliyinin əsas prinsiplərinin pozulmasıdır". 
Xatırladaq ki, yanvarın 6-da Ukrayna prezidenti Volodimir Zelenski dondurulmuş Rusiya aktivlərinin ölkəsinə verilməsi üçün hüquqi bazanın yaradılmasını sürətləndirməyə çağırıb. Bundan sonra "Bloomberg” Ağ Evin dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə dair qanun layihəsini dəstəklədiyini bildirib. Bununla belə, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, Birləşmiş Ştatlar aktivlərin mümkün müsadirəsi ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Onun sözlərinə görə, bu məsələ 2024-cü ilin fevralında, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların başlamasının ikinci ildönümündən əvvəl G7 sammitində müzakirə olunacaq.
Nizami Bağırov