Xəbər lenti

Rusiya Dumasının 30-dan çox deputatı koronavirusa yoluxdu
Dünya14:02 18.06.2020

Rusiya Dumasının 30-dan çox deputatı koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin pandemiya başlayandan bəri 30-dan çox deputatın COVID-19 koronavirusuna yoluxduğunu, bəzilərinin artıq sağaldığını deyib. 
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu, test analizləri nəticəsində təsdiqlənib - ya virusun özü, ya da ona antikor təsbit edilib.
Volodin deputatların "mərkəzi klinik xəstəxanada" müalicə olunduğuna diqqət çəkib, amma seçilmiş nümayəndələrdən biri bölgələrə gedib orada xəstələnibsə, ona yerli həkimlər kömək göstərib.
Sədr onu da deyib ki, bütün iş yoldaşları fərdi qoruyucu vasitələrdən istifadə edir, sadəcə çıxış edərkən kürsüdə maskanı çıxarırlar.
Alpər