Xəbər lenti

Rusiya “dünyada misli görünməmiş” silahını sınaqdan keçirdi (VİDEO)
Dünya12:37 17.12.2019

Rusiya “dünyada misli görünməmiş” silahını sınaqdan keçirdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zvezda" telekanalı 2S38 "Derivasiya-SV" döyüş maşınının Nijni Novqorodda sınaqdan keçirilməinə aid görüntüləri yayımlayıb.
Qaynarinfo xəbər verir ki, Burevestnik mərkəzi elmi-tədqiqat institutunda (Uralvagonzavod korporasiyasının bir hissəsi) hazırlanan özüyeriyən zenit-raket sistemi istənilən geofiziki mühitdə, optik və elektron əks-tədbirlər şəraitində və qəfil müdaxilə zamanı işləməyə qadirdir.
Rusiya mütəxəssislərinin fikrincə, 57 millimetr kalibrli bu hərbi nəqliyyat vasitəsinin dünyada tayı-bərabəri olmayacaq. "Derivasiya" qoşunları havadan əhatə edən hava hədəflərinə zərbələr endirməklə yanaşı, quru əməliyyatlarında dəstək silahı kimi də iştirak edə bilər.
Texnikanın dövlət sınaqlarının 2020-ci ildə başa çatacağı gözlənilir.
Alpər
<iframe width="600" height="338" src="https://tvzvezda.ru/news/forces/content/2019121707-pAlLH.html/player/" frameborder="0" allowfullscreen="" allow="autoplay; fullscreen" style="position:absolute;top:0;left:0;width:100%;height:100%;">