Rusiya hökuməti ölkədən düyü və düyü yarmalarının ixracına müvəqqəti qadağa qoyub.
Qaynarinfo "İnterfaks"a
istinadla xəbər verir ki, qadağa 31 dekabr 2023-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili bazarda sabitliyi qorumaq üçün qəbul edilib.
Məhdudiyyətlər Aİİ üzv dövlətlərinə, həmçinin Abxaziya və Cənubi Osetiyaya çatdırılmalara şamil edilmir.
Bundan əvvəl bildirilib ki, Hindistan hökuməti basmatidən başqa bütün sortların ixracına qadağa qoysa, dünya bazarında düyü qiymətləri iki dəfə arta bilər. Bunu Qazeta.qu-ya Rusiya Sahibkarlar və İcarəçilər İttifaqının rəhbəri, iqtisad elmləri doktoru Andrey Buniç deyib.
O qeyd edib ki, Vyetnam və Tailand istehsalçıları dünya bazarında Hindistanı əvəz edə biləcəklər. Buniçin sözlərinə görə, Hindistandan düyü ixracına mümkün qadağa Rusiyada qiymətlərə təsir etməyəcək, çünki yarma idxalı əhəmiyyətsizdir.
İqtisadçı əlavə edib ki, payıza qədər ümumi inflyasiyanın tərkib hissəsi kimi düyü bir qədər də bahalaşa bilər.
Alpər