Krım Muxtar Respublikasının Rusiyanın tərkibinə qatılması ilə bağlı hüquqi proses davam etdirilir.
Bu gün Rusiya Dövlət Duması Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə qatılması ilə bağlı sazişi ratifikasiya edib.
Musavat.com-un Cihan agentliyinə istinadən verdiyi məlumata görə, iclasda 443 millət vəkili Krımın Rusiya ilə birləşməsinin lehinə, bir nəfər isə əleyhinə səs verib.
“Saziş 16 martda Krım Muxtar Respublikasının Rusiya Federasiyasının tərkibinə qatılması ilə bağlı keçirilən referendum zamanı səsvermədə iştirak edən Krım xalqının milli iradəsinə əsaslanır”, deyə Dövlət Dumasından verilən açıqlamada bildirilib.
Qaynar.İnfo