Rusiya Ukraynadakı müharibəyə Bəşər Əsəd və Hizbullah muzdlularını cəlb edir.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Rusiya Federasiyası silahlı qüvvələrinin komandanlığı şəxsi heyətin itkisinin əcnəbilər hesabına doldurulması üçün tədbirlər görməyə davam edir. Mövcud məlumata görə, rus işğalçıları artıq Bəşər Əsəd və Hizbullahın qondarma ordusunun nümayəndələrindən 1000-ə yaxın könüllü toplayıb.
Xarici döyüşçülər üçün əsas tələb şəhərdə döyüş təcrübəsidir. Eyni zamanda, mövcud məlumata görə, adıçəkilən yaraqlılar Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək deyil, bu komandirovkadan Avropa ölkələrinə getmək fürsəti kimi istifadə etmək məqsədi güdürlər.
Alpər