Rusiya elitasının bir hissəsi hesab edir ki, Ukraynadakı müharibə ilə Vladimir Putin Rusiyanı uzun müddət resursların israfına və mənasız insan itkisinə məhkum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters"
yazır.
Agentliyin müsahibə verdiyi yüksək səviyyəli mənbələr cəbhədəki uğura inanmır, lakin müharibənin uzun müddət davam edəcəyinə, Putinin isə 2024-cü ildən sonra hakimiyyətdə qalacağına hazırlaşır.
Ölkənin qərar qəbul etmə prosesindən xəbərdar olan yüksək səviyyəli rusiyalı mənbə Reuters agentliyinə bildirib ki, "gələcəkdə daha çətin olacaq və qiymət həm Ukrayna, həm də Rusiya üçün artacaq”. "Bu böyüklükdə iqtisadi itkilər fəth edilən ərazilərə dəyməz", - mənbə deyir. Mənbə əlavə edib ki, elitanın bir çox üzvləri bu fikri bölüşürlər, lakin cəzalandırılacağından qorxaraq bunu ictimaiyyətə açıqlaya bilmirlər.
"Mən böyük bir hücuma və ya Rusiyanın bütün sivil dünya üzərində qələbəsi ehtimalına inanmıram", - agentliyin başqa bir yüksək səviyyəli həmsöhbəti bildirib. O əlavə edib ki, Moskva həm hərbi texnologiya baxımından, həm də müharibə motivasiyası baxımından əlverişsiz vəziyyətdədir. Buna baxmayaraq, Reuters-in həmsöhbətinin sözlərinə görə, müharibə "çox uzun müddət” davam edəcək.
Qərar verənlərə yaxın olan beş yüksək vəzifəli rus mənbəsinin sözlərinə görə, indi Putinin hakimiyyət uğrunda mübarizədə ciddi rəqibi yoxdur. Reuters həmsöhbətləri deyirlər ki, 70 yaşlı siyasətçinin 2024-cü ilin martında keçiriləcək prezident seçkilərindən qorxması lazım deyil.
Reuters-ə müsahibə verən yüksək rütbəli Qərb diplomatı bu qiymətləndirmə ilə razıdır. "Putin ölməsə və ya çevriliş olmasa, sona qədər hakimiyyətdə qalacaq və bu variantlardan heç biri hazırda mümkün görünmür”, - o deyir. Diplomatın sözlərinə görə, Rusiya prezidenti "müharibədə qalib gələ bilməz, amma uduzmayacağını bilir”.
"Prezident Ukraynada qalib gələ biləcəyini düşünür. Şübhəsiz ki, o, müharibəni uduza bilməz. Qələbə bizim olacaq”, - başqa bir yüksək səviyyəli agentlik mənbəsi bildirib.
Bloomberg yanvarın sonunda yazdığı kimi, Vladimir Putin Rusiya əhalisini illər boyu uzana biləcək münaqişəyə hazırlayır. Agentliyin qeyd etdiyi kimi, Rusiya prezidenti əmindir ki, Rusiyanın üstün qüvvələri və İkinci dünya müharibəsindən bəri ən böyük itkilərə hazır olması ona qalib gəlməyə imkan verəcək.
Nizami Bağırov
Şərhlər