Xəbər lenti

Rusiya ən müasir tankının gücünü göstərdi - VİDEO
Dünya09:29 11.09.2016

Rusiya ən müasir tankının gücünü göstərdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Müdafiə nazirliyi öz YouTube kanalında yeni super-tankı “T-14”ün (“Armata”) videosunu təqdim edib.
Oxu.az xəbər verir ki, videoda tankın müxtəlif maneələrdən keçməsi əks olunub. 
Qeyd edək ki, “T-14” Rusiya müdafiə sənayesinin mühüm imic layihəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra hazırlanmış ilk tankdır.
Tank 125 mm-lik yivsiz topla təchiz olunub, tankın qülləsi məsafədən idarə olunur. Qərb tankları ilə müqayisədə o daha manevrlidir və digər qoşun birləşmələri ilə qarşılıqlı əlaqə üçün bütün zəruri texnika ilə təchiz edilib. Burada əsas məqam setesentrik müharibələrin aparılmasıdır. 
Gələn il tankın kütləvi istehsalı başlamalıdır. 2020-ci ilədək Uraldakı zavodda 2300 tank – hər il 500 “Armata” buraxmaq planlaşdırılır. Müqayisə üçün – hazırda Almaniya Quru Qoşunları “Bundesver”in cəmi 225 “Leopard-2” tankı var.

Qaynarinfo.Az