Xəbər lenti

Rusiya-Ermənistan münasibətlərini kim pisləşdirib? - Silah işi və Sarkisyanın məxfi məktubu
Dünya06:44 13.04.2023

Rusiya-Ermənistan münasibətlərini kim pisləşdirib? - Silah işi və Sarkisyanın məxfi məktubu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Respublika Partiyası baş nazir Nikol Paşinyanın üçüncü prezident, ERP lideri Serj Sarkisyana qarşı silah məsələsi kontekstində Ermənistan-Rusiya münasibətləri ilə bağlı ittiham və məzəmmətlərinə cavab verib.
Qaynarinfo bu barədə "Sputnik"ə istinadla xəbər verir.
Bundan əvvəl Paşinyan parlamentin tribunasından Sarkisyanın 2016-cı ildə yazdığı məxfi məktubuna istinad edərək bildirib ki, Rusiya Sarkisyanın prezidentliyi dövründə Ermənistana silah tədarükünü məhdudlaşdırıb. Bunu, eləcə də Ermənistanda Sarkisyanın hakimiyyəti dövründə bağlanmış Rusiya Federasiyası ilə Azərbaycan arasında çoxmilyardlı silah sövdələşmələrini nəzərə alsaq, keçmiş hakimiyyətin Paşinyanı Rusiya ilə münasibətləri pisləşdirməkdə ittiham etməyə haqqı yoxdur, - deyə baş nazir əlavə edib.
Baş nazirin sözlərini şərh edən ERP sözçüsü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov xatırladıb ki, Sarkisyanın dövründə Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılması haqqında saziş imzalanıb, o, prezident olanda Ermənistan dünyada Rusiyadan "İsgəndər” əməliyyat-taktiki komplekslərini alan ilk ölkə olub, daha sonra isə 300 milyon dollarlıq müqavilələr imzalanıb ki, buna əsasən Ermənistan Rusiya daxili qiymətləri ilə silah və hərbi texnika alıb. 
Əslində Şarmazanov məktubun mövcudluğunu inkar etməsə də, Ermənistanın məhz bu məktubdan sonra müasir güclü sistemlər aldığını bəyan edib.
"Əgər Serj Sarkisyan müəyyən problemlər olduğu halda müttəfiqləri və tərəfdaşları ilə, o cümlədən məktublar vasitəsilə danışmağa üstünlük veribsə və bu, diplomatiyada tamamilə qəbul edilmiş praktikadırsa, Nikol Paşinyan hökumətin iclasında açıq şəkildə deyir ki, onun hökuməti yüz milyonlarla dollar pul ödəyib, lakin müttəfiqlər ona silah vermirlər”, - Respublikaçı bildirib.
Şarmazanov hesab edir ki, Serj Sarkisyan müttəfiqləri ilə bərabər səviyyədə ünsiyyət qura bilərdi, onun dövründə Ermənistan suverenliyə malik idi. O deyir ki, hazırkı hakimiyyət beynəlxalq tərəfdaşlar arasında belə bir səlahiyyətə malik deyil.
ERP sədrinin müavininin sözlərinə görə, əgər Ermənistan Rusiyadan silah almayıbsa, o zaman Azərbaycanın 2020-ci ildə paradda trofey kimi nə nümayiş etdirdiyi bəlli deyil. Bu silah və hərbi texnika Sarkisyanın dövründə, böyük əksəriyyəti isə Rusiyadan alınıb.
Alpər