Xəbər lenti

Rusiya Ermənistana 7 milyon "çörək pulu" ayırdı
Dünya18:29 26.04.2016

Rusiya Ermənistana 7 milyon "çörək pulu" ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev sərəncam imzalayıb.
Rusiya höküməti Ermənistanda məktəblərin qidalanma sisteminin inkişafı üçün 7 milyon dollar ayıracaq. ANS PRESS-in sputnikarmenia.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiya 2016-2017-ci illərdə bu sistemin inkişafına dair layihənin həyata keçirilməsi üçün Ümumdünya Qida Proqramı Fonduna 7 milyon dollar ödəyəcək.
Bununla bağlı müvafiq sənəd Rusiya hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.
Layihəyə əsasən 7 milyon dolların yarı hissəsi 2016-ci ildə, digər yarısı isə 2017-cu ildə ödəniləcək.
Qaynarinfo.az