Xəbər lenti

Rusiya Ermənistana qazın verilməsini müvəqqəti dayandırdı
Dünya18:19 17.10.2022

Rusiya Ermənistana qazın verilməsini müvəqqəti dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyadan Ermənistana təbii qazın nəqli "Şimali Qafqaz – Transqafqaz” qaz kəmərində nəzərdə tutulan texniki-profilaktik işlərlə əlaqədar dayandırılıb.
Bu barədə "Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb. 
Bildirilir ki, təbii qazın verilməsi oktyabrın 18-dən 19-dək dayandırılacaq. 
Onlar qeyd ediblər ki, bu müddət ərzində ölkə üzrə istehlakçıların qaz təchizatı daxili ehtiyatlar sayəsində həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan bildirib ki, ölkə Rusiya qazının pulunu rublla ödəməyə başlayıb.