Xəbər lenti

Rusiya Ermənistanın hava məkanını gücləndirir
Dünya16:46 09.06.2016

Rusiya Ermənistanın hava məkanını gücləndirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hazırda Ermənistan Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin sərəncamında olmayan imkanları təqdim edəcək.
Novosti Armeniya xəbər verir ki, bu barədə jurnalistlərə hökumətin iyunun 9-da keçirilən iclasından sonra Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
“Ermənistan HHM sistemini Rusiyanın sərəncamına verəcəkmi” sualına cavab verərkən Ş.Koçaryan deyib: “Bu barədə suallar verilib, bu belə deyil. Rusiya ilə razılaşma Ermənistanı əhatə edən ərazini ətraflı müşahidə etmək imkanıdır. Həm də Rusiya texnikası hazırda Ermənistan HHM qüvvələrinin sərəncamında olmayan imkanları təqdim edəcək. Analoji müqavilələr KTMT ərazisində - Rusiyanın Belarus və Orta Asiya ilə əməkdaşlıq etdiyi qərb zonasında qüvvədə olacaq”.
Erməni HHM qüvvələrinin lazım olduqda komanda verə bilməyəcəyi bir vəziyyətin mümkünlüyünə dair suala cavab verən Ş.Koçaryan bildirib: “Ölkənin qüvvələrinə komandanlıq hüququ Ermənistana məxsusdur”.(oxu.az)
Qaynarinfo.az