Ukraynanın 11 şəhər meri (icma başçısı) Rusiya tərəfində əsir saxlanılır.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk məlumat verib.
"Aprelin 3-nə olan məlumata görə, Kiyev, Xerson, Xarkov, Zaporojye, Nikolayev və Donetsk vilayətlərinin 11 yerli icma rəhbəri işğalçıların əsirliyindədir. Biz onlar, eləcə də itkin düşmüş digər mülki şəxslər barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat vermişik. Beynəlxalq təşkilatlar vasitəsilə Rusiya Federasiyasından əsir götürülən mülki şəxslərin yeri və onların sağlamlıq vəziyyəti barədə məlumat verməsini tələb edirik”, deyə nazir bildirib.
Vereşçuk əlavə edib ki, hərbi əsir mübadiləsi çərçivəsində bütün mülki şəxslərin azad edilməsi üçün də danışıqlar aparılır.
Aydın