Xəbər lenti

Rusiya FHN-ni Suriyadan azərbaycanlıları çıxardı
Dünya06:40 29.05.2013

Rusiya FHN-ni Suriyadan azərbaycanlıları çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi xüsusi reylə Suriyadan Moskvaya 128 MDB ölkələri vətəndaşını aparıb.

Məlumatı Rusiya FHN yayıb. Məlumatda deyilir ki, İl-62 təyyarəsi Latakiyadan Moskvanın Domodedovo hava limanına gəlib.

Suriyanı tərk edən 128 nəfərdən 83-ü Rusiya, qalanları ilə Azərbaycan, Moldova, Ukrayna, Belarrus, Özbəkistan və Tacikistan vətəndaşlarıdır. Rusiya FHN Suriyadan çıxarılanlardan neçəsinin azərbaycanlı olduğunu açıqlamayıb.

Ümumilikdə, Suriya münaqişəsi başlanandan Rusiya FHN bu ölkədən 511 nəfəri çıxarıb.//azadliq.info

Qaynar.info