Xəbər lenti

Rusiya FTX şefinin oğlu Azərbaycanda bank sədri oldu
Ekonomiks11:37 25.11.2017

Rusiya FTX şefinin oğlu Azərbaycanda bank sədri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
VTB Azerbaijan bankı Denis Bortnikovun bankın Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumat yayıb. O, həmçinin Bank VTB-nin (Vneştorqbank - Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin prezident-sədr müavinidir.
Qaynarinfo-nun Turan-a istinadla verdiyi xəbərə görə, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur.
Denis Bortnikov 11 ildir VTB banklar qrupunda işləyir.
Rusiyanın Vneştorqbank-ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli AF-Bank-ın səhmlərinin 51%-ni almaqla qədəm basıb.
Bu yaxınlarda VTB ATA Bank-dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib.