Dünya 13:05 04.02.2024

Rusiya generalı Krımda öldürülüb?

Krımdakı Belbek aerodromuna hücum edilib. Lakin bu hücum nəticəsində Ukrayna mənbələrinin məlumatına görə, rus generalı Aleksandr Tatarenko öldürülməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə telemarafon zamanı Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk məlumat verib. 

Onun sözlərinə görə, generalın guya "məhv edilməsi” ilə bağlı məlumatlar düşmənin dezinformasiyasıdır. "General-leytenantın məhv edilməsi ilə bağlı məlumatı məhz onlar yayıblar, amma bizim mənbələr bunu təsdiqləmir", deyə Birgə Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri bildirib.

Qumenyuk əlavə edib ki, ruslar bununla qondarma "intiqam” almağa çalışır: "Yenə də öz terror hərəkətlərinə haqq qazandıraraq, bizdən qisas almağa heç bir şey olmadığına görə, sadəcə olaraq bizə qarşı terror müharibəsi aparırlar".

Alpər