Xəbər lenti

Rusiya generalları Putinə oktyabrın 1-dək Pokrovsku almağa söz veriblər
Dünya 15:00 29.08.2024

Rusiya generalları Putinə oktyabrın 1-dək Pokrovsku almağa söz veriblər

Rusiya generalları prezident Vladimir Putinə oktyabrın 1-dək Pokrovsk aqlomerasiyasını ələ keçirəcəklərini vəd ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Yeni Geosiyasət Tədqiqat Şəbəkəsinin direktoru Mixail Samus Radio NV-də bildirib.

Şayiələrə görə, rus generalları Putinə oktyabrın 1-dək Pokrovsk aqlomerasiyasını alacağına söz veriblər. Buna görə də insan resurslarından istifadə, "ət” hücumları və başqa hər cür anlayışından kənar belə axmaq hücumlar var”, - Samus Radio NV-də deyib.

Avqustun 15-də "Politico” 110-cu mexanikləşdirilmiş briqadanın hərbi qulluqçularına istinadən yazıb ki, Ukraynanın Kursk vilayətində əməliyyatına cavab olaraq rus işğalçıları Pokrovsk yaxınlığında hücumu gücləndiriblər.

Avqustun 19-da yerli hakimiyyət Pokrovsk sakinlərini təxliyə etməyə çağırıb və bunun üçün təxminən iki həftə qaldığını qeyd edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->