Xəbər lenti

Rusiya genişmiqyaslı hərbi təlimlərə başladı
Dünya09:28 28.03.2014

Rusiya genişmiqyaslı hərbi təlimlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Xəzər Donanması gəmilərinin, raket divizionlarının və dəniz piyadalarının iştirakı ilə Dağıstanda genişmiqyaslı taktiki təlimlər keçirilir.

APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Adanak poliqonunda keçirilən təlimdə 1000-dən artıq hərbçi iştirak edir.

150 ədəd döyüş və xüsusi təyinatlı texnikanın cəlb olunduğu təlimlərdə 2S9 «Nona» özüyeriyən “haubitsalar”, MT-12 «Rapira» tank əleyhinə toplar, həmçinin «Metis» və «Faqot» tank əleyhinə idarə olunan raket komplekslərindən istifadə olunur.

Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz sahilinin tutulması, gəmi qruplaşmalarının məhvi ssenariləri icra olunur.

Qeyd edək ki, martın 15-dən Rusiya Xəzər Donanmasının gəmiləri Xəzər dənizində təlimlərə başlayıb. Təlimdə «Tatarıstan», «Dağıstan» raket gəmiləri, «Ataman Platov» orta desant kateri və 4 ədəd «Serna» tipli sürətli desant kateri iştirak edir.

Qaynar.info