Xəbər lenti

Rusiya Gürcüstanı ağcaqanad işğalında günahlandırdı
Dünya15:20 08.04.2022

Rusiya Gürcüstanı ağcaqanad işğalında günahlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya BMT Təhlükəsizlik Şurasında Gürcüstan və ABŞ-a qarşı biomüharibə ittihamları irəli sürüb. İttihamlar Gürcüstanda yerləşən Luqar bioloji mərkəzlə bağlıdır. 
Qaynarinfo bu barədə Civil.ge saytına istinadən xəbər verir. 
Rusiyanın Radiasiya, Kimya və Bioloji mərkəzinin rəhbəri İqor Kirilov bildirib ki, Gürcüstandan Rusiyaya, Avropa və Çinə "Afrika donuz qızdırması” xəstəliyi yayılıb. 
"Böyük ehtimalla deyə bilərik ki, yüksək yoluxuculuğu olan Afrika qızdırması ABŞ-a bağlı biolaboratoriyalardan birində yaradılıb”, - Kirilov deyib.
O, əvvəllər ancaq cənub ölkələrində olan bir sıra ağcaqanad növlərinin Gürcüstandan Rusiyanın federal subyektlərinə keçdiyini bildirib. 
Nurlan Hüseynov