Xəbər lenti

Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində hərbi dəniz bazası yerləşdirəcək
Dünya10:33 05.10.2023

Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində hərbi dəniz bazası yerləşdirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya tanınmamış Abxaziya və onun işğal etdiyi Gürcüstan ərazisində Qara dəniz sahillərində hərbi dəniz bazası yaratmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə tanınmamış regionun lideri Aslan Bjaniya Rusiya prezidenti Vladimir Putinlə görüşündən bir gün sonra "İzvestiya” qəzetinə bildirib.
Bjania Oçamçira bölgəsində daimi dəniz bazası haqqında saziş imzalandığını bildirib.
"Biz müqavilə imzalamışıq və yaxın gələcəkdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Oçamçira bölgəsində daimi bazası olacaq”, - o deyib.
"Bütün bunlar həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətinin səviyyəsinin artırılmasına yönəlib və belə qarşılıqlı fəaliyyət davam edəcək”, - deyə Bjaniya əlavə edib və qeyd edib ki, bəzi şeylər haqda danışa bilməyəcək.
Bjaniya həmçinin bildirib ki, Gürcüstanın hazırkı liderləri "praqmatik insanlardır”.
Qeyd edək ki, bundan əvvəl Britaniya kəşfiyyatı Ukraynanın son uğurlu zərbələrindən sonra Rusiya Federasiyasının Qara dəniz donanmasının Qara dənizdə əvvəlki kimi nəzarətə sahib ola bilməyəcəyi barədə məlumat verib.
Böyük Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Ukrayna qüvvələri Qara dənizdə Rusiya donanmasını effektiv şəkildə məğlub edə bilib.
Nizami Bağırov