Xəbər lenti

Rusiya hansı halda nüvə silahından istifadə edə bilər? - Norveç kəşfiyyatından xəbərdarlıq
Dünya11:03 14.02.2023

Rusiya hansı halda nüvə silahından istifadə edə bilər? - Norveç kəşfiyyatından xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı müharibə NATO-ya üzv dövlətlərin iştirakı ilə regional qarşıdurmaya çevrilərsə, Rusiya Federasiyası nümayişkaranə şəkildə taktiki nüvə silahlarından istifadə edə bilər.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir. 
Norveç kəşfiyyatı bildirib ki, Rusiya tərəfi Rusiya Federasiyasının mövcudluğunun guya təhdid edildiyini əsas gətirərək bu cür silahlardan istifadə edə bilir. Kəşfiyyat əlavə edib ki, Rusiyanın nüvə doktrinası qismən Rusiya Federasiyasının kütləvi qırğın silahlarından nə vaxt və necə istifadə edə biləcəyinə dair ictimai əsasdır.
Doktrinaya görə, Rusiya hakimiyyəti Rusiya Federasiyasına və ya onun müttəfiqlərinə qarşı kütləvi qırğın silahlarından istifadə olunarsa və ya nəticəsində rus dövlətinin mövcudluğunu təhlükə altına qoyan adi hücum zamanı nüvə silahından istifadə edə bilər. 
"Kreml bilərəkdən Rusiyanın nüvə silahından istifadəyə hazır olması ilə bağlı qeyri-müəyyənlik yaradır. Əgər münaqişə NATO-nun da iştirak etdiyi regional müharibəyə çevrilərsə, müharibənin Rusiyanın varlığını təhdid etdiyini əsas gətirərək Rusiya nüvə silahından istifadə edə bilər. Bu halda qondarma taktiki nüvə silahlarının nümayişkaranə istifadəsi mümkündür" - kəşfiyyat oz fikrini bölüşüb.
Alpər