Xəbər lenti

Rusiya hansı halda nüvə silahından istifadə edəcək? - Senarilər
Dünya07:13 03.08.2022

Rusiya hansı halda nüvə silahından istifadə edəcək? - Senarilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukraynada nüvə silahından istifadə ilə bağlı təhdid iddialarını rədd edir. Bunu çərşənbə axşamı BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Nüvə silahlarının yayılmaması müqaviləsində (NSYM) iştirak edən ölkələrin konfransında çıxış edən Rusiya Xarici işlər nazirliyinin Silahların yayılmaması və silahlara nəzarət departamentinin rəhbəri Aleksandr Trofimov deyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat paylaşıb.
Biz Rusiyanın guya nüvə silahından, xüsusən də Ukraynada istifadə etməklə hədələməsi ilə bağlı tamamilə əsassız, qeyri-real və qəbuledilməz fərziyyələri qətiyyətlə rədd etmək istərdik. İstisna etmirik ki, bu, anti-Rusiya isteriyasını artırması üçün məqsədyönlü şəkildə edilir”, - deyə o bildirib.
"Bu məsələ ilə bağlı Rusiyanın doktrinal qaydaları hamıya məlumdur və son dərəcə aydındır: biz hipotetik olaraq nüvə reaksiyasını yalnız kütləvi qırğın silahlarının və ya adi silahların tətbiqi ilə dövlətin mövcudluğuna təhlükə yarandıqda təcavüzə cavab olaraq mümkün sayırıq, - Trofimov davam edib. - Bu hipotetik senarilərin heç biri Ukraynadakı vəziyyətə aid deyil”.
Nizami Bağırov