Xəbər lenti

Rusiya hansı halda nüvə silahından istifadə edəcəyini açıqladı
Dünya19:52 22.03.2022

Rusiya hansı halda nüvə silahından istifadə edəcəyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın milli təhlükəsizliyi konsepsiyası nüvə silahının yalnız onun mövcudluğuna təhlükə yarandığı halda istifadəsini nəzərdə tutur.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə silahından yalnız ölkəyə təhlükə olduqda istifadə edə bilər.
"Bizim milli təhlükəsizlik konsepsiyamız var, o, ictimaiyyət üçün açıqdır. Siz nüvə silahının istifadə oluna biləcəyinin bütün səbəblərini oradan oxuya bilərsiniz. Yəni, ölkənin mövcudluğuna təhlükə varsa, o zaman bizim konsepsiyaya uyğun istifadə oluna bilər. Bu mətndə qeyd olunan başqa səbəblər yoxdur”, - Peskov CNN telekanalına açıqlamasında bildirib.