Rusiya hava məkanında mülki aviasiya uçuşlarına məhdudiyyətlər ən azı 2029-cu ilə qədər davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Hava naviqasiyasının təhlükəsizliyi təşkilatı (Eurocontrol) məlumat
yayıb.
"Hazırda Ukrayna və Rusiyanın hava məkanının planlaşdırma üfüqünün sonuna (2029) qədər bağlı qaldığını güman edirik", deyə təşkilatın proqnozunda deyilir.
Uçuş məhdudiyyətləri Ukrayna, Belarus və Moldovanın hava məkanında da ən azı 2029-cu ilə qədər qalacaq, proqnozda deyilir.
Ukrayna Rusiya işğalının başladığı gün - fevralın 24-də hava məkanını mülki təyyarələr üçün tamamilə bağlayıb. Avropa və ABŞ səmalarını Rusiya təyyarələri üçün bağlayıb. Sonradan Rusiya bu ölkələr üçün cavab tədbirləri tətbiq edib.
Nizami Bağırov