Xəbər lenti

Rusiya hərbçiləri ukraynalı deputatı qaçırdı: "Girovlara işgəncə verilir"
Dünya07:03 25.03.2022

Rusiya hərbçiləri ukraynalı deputatı qaçırdı: "Girovlara işgəncə verilir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada deputat qaçırılıb.
Qaynarinfo xəbər verir ki, Rusiya hərbçiləri Korabelni Rayon Şurasının deputatı və "Avropa Həmrəyliyi” fraksiyasının rəhbəri Dmitri Afanasyevi qaçırıb. Bu barədə siyasətçi Sergey Xlan məlumat verib.
Onun sözlərinə görə, martın 22-də Xersonda rus hərbçiləri Dmitri Afanasyevi evindən oğurlayıblar. Şəhərdə dinc etiraz aksiyasının zorla dağıdılmasından sonra deputat arvadını qorumaq istəyərkən döyülüb. Nəticədə Afanasyevin bir neçə qabırğası sınıb.
Hadisədən bir neçə saat sonra hərbçilər axtarış apararaq onun evinə gəliblər. İşğalçılar yerindəcə orada olanların hamısının telefonlarını götürüblər. Bundan sonra evdə olan bütün kişilər rus hərbçiləri tərəfindən aparılıb. Ertəsi gün rusiyalı hərbçilər yenidən evdə axtarış apararaq girovlardan birini azad ediblər. O, bütün girovlara işgəncə verildiyini bildirib.