Xəbər lenti

Rusiya hərbi strategiyasını dəyişir
Dünya12:25 15.03.2013

Rusiya hərbi strategiyasını dəyişir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən güclü nüvə dövlətlərindən olan Rusiya ordunun döyüş strategiyalarında ciddi dəyişikliklərə hazırlaşır. 

Qaynar.info-nun məlumatına görə, Rusiya baş nazirinin müavini Dmitri Roqozin 2020-cu i il üçün nəzərdə tutulmuş yeni proqramda döyüş strategiyalarında önəmli dəyişikliklər edildiyini, əsgərlərin düşmənlə təmasını azaltmağı və itkilərin minimuma endirilməsinə çalışdıqlarını söyləyib. 

Rusiya Federal Müdafiə Sifarişləri Xidmətinin toplantısında çıxış edən Roqozin, "Biz ordumuzda təmasa girmədən döyüş üsullarına doğru strateji dəyişikliyə gedirik. Düşmən bizə çatmadan biz düşmənə çatırıq" deyib. 

Bu səbəbdən yeni silahlanma və modernləşdirmə çərçivəsində yeni heyətlər hazırlanmasının vacibliyini deyən baş nazirin müavini bildirib ki, fərqli üslublar və texnikalardan istifadə etməli və itkiləri minimuma endirməliyik.

2008-ci ilin avqustunda Gürcüstanla baş verən müharibəni xatırladan Roqozin buradan çıxarılacaq dərslərin önəmli olduğunu qeyd edib. 

Qaynar.info