Slovyansk şəhər meri rus işğalçılarının Ukrayna şəhərini atəşə tutmalarına görə qalan sakinləri təxliyə etməyə çağırıb.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər
verir.
Vadim Lyax bazar ertəsi 40 evin atəşə tutulduğunu deyib. Digər rəsmilər isə daha sonra Rusiya qüvvələrinin şəhərdəki bazara və yaşayış massivinə hücumu nəticəsində iki nəfərin öldüyünü və yeddi nəfərin yaralandığını bildirib.
Lyax Reuters-ə müsahibəsində qeyd edib ki, Rusiyanın bombardmanı nəticəsində risk altında olan şəhərdən çərşənbə axşamı günü 144 nəfər, o cümlədən 20 uşaq təxliyə edilib.
Qeyd edək ki, bir gün əvvəl şəhərə raket hücumları nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
Nurlan Hüseynov