Baltik dənizində 30-a yaxın gəmi və 3000-dən çox Qərb hərbçisinin iştirakı ilə ilk dəfə olaraq Rusiyanın mümkün hücumuna necə cavab veriləcəyini öyrənmək üçün NATO və tərəfdaş dəniz qüvvələrinin böyük təlimi keçiriləcək.
Qaynarinfo Reuters-ə istinadla
xəbər verir ki, bunu Almaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Yan Kristian Kaak deyib.
"Biz Rusiyaya ayıq-sayıq olmaq üçün aydın siqnal göndəririk: o, bizim müdafiəmizdə deyil. Güclü çəkindirmə hücum qabiliyyətini əhatə etməlidir”, - Kaak deyib.
Qeyd olunur ki, sentyabrın 9-da başlayacaq iki həftəlik "Şimal Sahili” təlimlərində Baltik dənizində yerləşən bütün NATO ölkələrinin, eləcə də tezliklə üzv olacaq İsveçin qoşunları iştirak edəcək. Baltikyanı olmayan müttəfiqlərdən - ABŞ, Kanada, Hollandiya, Belçika və Fransa da təlimlərdə iştirak edəcək. Onlar dənizdən quruya desant əməliyyatları və zərbələr tətbiq edəcəklər.
Bundan əlavə, təlimlərin digər istiqaməti Suvalki dəhlizinin bağlanması zamanı Baltik dənizindən keçən dəniz marşrutlarının təhlükəsizliyinin təmin edilməsi olacaq.
"Finlandiya və Baltikyanı ölkələr demək olar ki, 100% Baltik dənizindən keçən dəniz tədarükü marşrutlarından asılıdır. Əgər Suvalki dəhlizi bağlanarsa - bunu isə asanlıqla etmək olar, çünki cəmi iki yol və bir dəmir yolu xətti var - o zaman bizim əlimizdə yalnız dəniz yolları qalacaq və biz sonra məhz oradan yol çəkməli olacağıq", - Kaak deyib.
Alpər