Rusiya Suriyanın İdlib şəhərində hərbi əməliyyatlara başlayıb.
Qaynarinfo xəbər verir ki, şəhər Suriyada müxalif qüvvələrin nəzarətindəki sonuncu yerdir. Rusiya, İran və Suriya son günlərdə İdlib əməliyyatına başlamaq üçün hazırlıq görürdü. Şəhərin alınması Suriyada vətəndaş müharibəsinin bitməsi deməkdir.
Qeyd edək ki, ərazidə 3 milyon mülki vətəndaş yaşayır. ABŞ hücumlar zamanı mülki əhalinin hədəf alınmaması barədə 3 ölkəyə müraciət ünvanlayıb.
Gülşən