Xəbər lenti

Rusiya iki britaniyalı diplomatı akkreditasiyadan məhrum etdi
Dünya 11:46 10.03.2025

Rusiya iki britaniyalı diplomatı akkreditasiyadan məhrum etdi

İki Britaniya diplomatı kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiyada akkreditasiyadan məhrum edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Onlara iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.

Bildirilib ki, səfirliyin ikinci katibi Alkeş Odedra və diplomatik missiyanın siyasi şöbəsinin birinci katibinin həyat yoldaşı Maykl Skinner "Rusiyanın təhlükəsizliyinə təhdid yaradan kəşfiyyat-təxribat fəaliyyəti" ilə məşğul olublar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->