Dünya 11:08 03.06.2022

Rusiya iki həftə ərzində bütün Luqanskı nəzarət altına alacaq - Britaniya MN

Rusiya yaxın iki həftə ərzində bütün Luqansk bölgəsinə nəzarət edəcək.

Qaynarinfo "Aljazeera” saytına istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə naziri deyib.

Nazir bildirib ki, hazırda Rusiya Donbası təşkil edən iki bölgədən biri olan Luqansk bölgəsinin 90 faizindən çoxuna nəzarət edir.

Nazirliyin son kəşfiyyat brifinqində bildirilib ki, hazırda Donbasda təşəbbüsün Rusiyada olduğu görünsə də, Moskvanın "taktiki uğurları” "əhəmiyyətli resurs bahasına” başa gəlib.

Nazirlik Rusiyanın paytaxtı Kiyevi və Ukraynanın hökumət mərkəzlərini ələ keçirmək planını nəzərə alaraq "strateji məqsədlərin heç birinə nail olunmadığını” bildirib.

"Rusiyanın hər hansı formada uğur əldə etməsi üçün davamlı olaraq nəhəng əsgəri qüvvə və texnika toplamalıdır və çox güman ki, bunun üçün xeyli vaxt tələb olunacaq”, deyə nazir əlavə edib.

Nurlan