Bazar ertəsi, iyunun 3-də Haaqada Rusiyanın Ukraynaya təcavüzünü araşdıran Beynəlxalq mərkəz açılacaq. Bu, Rusiya ilə bağlı tribunal üçün ilk addım olacaq.
Bu barədə Qaynarinfo The Guardian-a istinadən
xəbər verir.
Təcavüz cinayətlərinin təqibi üzrə beynəlxalq mərkəzə (TCBM) Kiyev, Aİ, ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) prokurorları daxildir.
Mərkəz Ukraynaya qarşı müharibənin başlamasına görə Kreml rəsmilərini məsuliyyətə cəlb edəcək xüsusi tribunal yaratmazdan əvvəl aralıq addım kimi araşdırma aparacaq və sübutlar toplayacaq.
Yüksək vəzifəli məmurlar Aİ-nin Eurojust məhkəmə agentliyinin baş qərargahında ICPA-da mətbuat konfransı keçirəcəklər. Onların arasında Ukraynanın baş prokuroru Andrey Kostin, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan, ABŞ baş prokurorunun köməkçisi Kennet Polite və Aİ-nin ədliyyə komissarı Didye Reynders də var.
Rusiya üçün xüsusi tribunalın yaradılması çağırışları güclənib, belə ki, Haaqada yerləşən hərbi cinayətlər məhkəməsi olan Beynəlxalq Cinayət Məhkəməsinin daha genişmiqyaslı təcavüz cinayətini araşdırmaq səlahiyyəti yoxdur. BCM Ukraynada daha konkret hərbi cinayətləri və insanlığa qarşı cinayətləri araşdırır və mart ayında Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqları deportasiya etdiyinə görə həbsinə order verib.
Ukraynada törədilən cinayətlərə görə Rusiya Federasiyasının cəlb edilməsi üçün xüsusi tribunalın yaradılması üzərində işləyən qrupa 36 ölkə daxildir.
Nizami Bağırov