Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynada nizamlanma üzrə Rusiya ilə danışıqlar imkanlarını görmək istəyir, lakin indiki vəziyyətdə bunun üçün uyğun şəraiti hələ görmür.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild am Sonntag” məlumat yayıb.
"Rusiya hakimiyyəti ilə danışıqlar aparmaq mümkün görünürmü" sualını cavablandıran nazir vurğulayıb ki, son 500 ildə yaranmış vəziyyətdə bu mümkün deyil:
"Mən istərdim ki, biz danışıqlar apara bilək. Amma indi söhbət arzuolunan səviyyədə deyil. Söhbət reallıqla üz-üzə gəlməyin zəruriliyindən gedir”.
Burbokun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Ukrayna ərazisini tərk edəndə vəziyyət dəyişə bilər.
Aydın