Xəbər lenti

Rusiya ilə danışıqların ikinci raundu: Moskva tələblərini azaldır - Aretoviç
Dünya13:11 04.03.2022

Rusiya ilə danışıqların ikinci raundu: Moskva tələblərini azaldır - Aretoviç

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç Ukrayna ilə Rusiya Federasiyası arasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə telemarafon zamanı danışılıb.
Aretoviçin sözlərinə görə, ruslar tələbləri tədricən azaldır.
"Onlar denazifikasiya və s. haqqında danışmağı dayandırıblar. Və onlar ... qeyri-blok statusu haqqında danışmağa başladılar, hətta bu mövzunun da üstünə çox getmədilər. Söhbət Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısını almaqdan gedirdi", - deyib.
Eyni zamanda müşavir qeyd edib ki, tələblərin bu cür azaldılması onu göstərir ki, Rusiya Federasiyası öz siyasi məqsədlərinə hərbi yolla nail olmağın mümkün olmadığını başa düşür.
Aparat rəhbərinin müşaviri dünənki danışıqlarda əldə olunan yeganə razılaşmanı xatırladıb.
"Ukraynanın mühasirəyə alınmış şəhərlərinə, Rusiya işğalından əziyyət çəkən şəhərlərə humanitar yardım və ya humanitar dəhlizlərin açılması ilə bağlı tərəflərin nəzəri razılığı olub”, - deyə o bildirib və əlavə edib ki, bu saziş beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək. 
Xatirladaq ki, fevralın 28-də Ukraynada müharibəyə son qoymaq üçün Ukrayna və Rusiya tərəfləri arasında danışıqlar aparılıb. 
Rusiya Ukrayna ilə danışıqlarda bunları tələb edib:
- Ukraynanın referendumla parlament səviyyəsində müəyyən edilən blokdan kənar statusu;
- Ukraynanın Rusiyanın "LDNR” adlandırdığı ORDLO-nun (Отдельные районы Донецкой и Луганской областей - Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları. Ukrayna tərəfin qəbul etdiyi abreviatura. – Red.) Donetsk və Luqansk vilayətlərinin inzibati çərçivəsində tanınması;
- denasifikasiya;
- Ukraynanın geri qaytarılmasını tələb etdiyi Krımın gələcək razılaşmada mötərizədə göstərilməsi.
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun ən qısa zamanda keçirilməsi planlaşdırılır.
Alpər