Xəbər lenti

Rusiya ilə Çini birləşdirən ilk avtomobil körpüsünün inşası tamamlandı (VİDEO)
Dünya07:54 30.11.2019

Rusiya ilə Çini birləşdirən ilk avtomobil körpüsünün inşası tamamlandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ilə Çini Amur çayı üzrəindən birləşdirən ilk avtomobil körpüsünün inşası başa çatdırılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, körpünün iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcəyi gözlənilir. 1 kilometr uzunluğunda olan körpü Rusi ilə Çin arasındakı 20 kilometrlik yol layihəsinin tərkib hissəsidir.
Rusiyanın Uzaq Şərq inkişaf naziri Aleksandr Kozlov bölgədəki hava şərtlərinin uzun illərdir ki, ticarətə mane olduğunu bildirib. O, yolun istifadəyə verilməsi ilə yükdaşımaların həcminin 8 dəfə artırılaraq, 4 milyon tona çatdırılmasını nəzərdə tutduqlarını vurğulayıb. Yeni körpünün turizm imkanlarını da artıracağı və Çindən Rusiyaya gedənlərin sayının 2 milyona çatacağı gözlənilir.
Qeyd edək ki, 300 milyon dollar vəsaitlə ərsəyə gətirilən körpünün inşasına 2016-cı ilin dekabrında başlanılmışdı. Körpünün 2020-ci ilin aprelində istifadə verilməsi planlaşdırılır.
Camal