Xəbər lenti

Rusiya ilə İran arasında viza rejimi ləğv olunur
Dünya15:50 28.03.2017

Rusiya ilə İran arasında viza rejimi ləğv olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya və İran hökumətləri arasında qrup şəklində turist səfərləri üçün vizasız rejimin tətbiq olunması barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, saziş Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında görüşdən sonra imzalanıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən gün Rusiyaya səfər edib. Səfər zamanı Rusiya və İran arasında bir sıra siyasi və iqtisadi məsələlər müzakirə olunub. H.Ruhani rusiyalı həmkarı ilə bu gün görüşüb.

Qaynar.Az