Xəbər lenti

Rusiya ilə NATO arasında müharibə hazırlığı gedir - Puşkov sübut göstərdi
Dünya10:10 18.12.2021

Rusiya ilə NATO arasında müharibə hazırlığı gedir - Puşkov sübut göstərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO ilə Ukrayna arasında əməkdaşlığın genişlənməsi Rusiya ilə müharibəyə hazırlıqdan xəbər verir. 
Qaynarinfo xəbər verir ki, bunu Senator Aleksey Puşkov "Danışır Moskva” radiosunun efirində deyib.
Siyasətçi NATO qoşunlarının Ukrayna-Rusiya sərhədinə çıxarılmasını hərbi əməliyyatların başlanmasının birbaşa səbəbi adlandırıb. Puşkov əlavə edib ki, alyansın öz ideyalarını reallaşdırmaq üçün Ukraynanı ilhaq etməyə belə ehtiyacı yoxdur.
Eyni zamanda, senator hesab edir ki, NATO Ukraynanı alyansın qeyri-rəsmi üzvü edə bilər ki, onun müdafiəsi baxımından öhdəlik götürməsin, sadəcə, "silahla doyursun”.
Alpər