Rusiya ilə sülh müqaviləsinin imzalanması, Ukraynanın fevralın 23-nə nəzarətində olan ərazisindən Rusiya qoşunlarının tamamilə çıxarılması şərtilə mümkündür.
Qaynarinfo xəbər verir ki, bunu RBK-Ukraynaya müsahibəsində danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbərlik edən millət vəkili David Araxamiya bildirib.
"Müqavilənin şərti imzalanmasına və ya onun artıq ciddi müzakirə oluna biləcəyi məqama çatdıqda, onlar Ukraynadan tamamilə çıxmalıdırlar. Yalnız bundan sonra sənədləri imzalamaq və ya təsdiqləmək üçün otura bilərik. Bu, beynəlxalq "zəmanətdir”, təkcə bizim tələblərimiz və ya istəklərimiz deyil, həm də bu sənədin ilkin şəkildə imzalanmasını təmin etmək üçün zəruri şərtlərdir", - o deyib.
Araxamiya, "Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları” (ukr. ORDLO. - Red) məsələsini danışıqlarda ən çətin məqam adlandırıb, bu məsələ hələ danışıqlarda müzakirə mövzusu belə olmayıb.
"Bu səbəbdən də liderlərin görüşünə qədər bunu dərhal kənara qoyduq və digər məsələlər üzərində işlədik", - deputat vurğulayıb.
O, həmçinin vurğulayıb ki, işğalçı qoşunlar, o cümlədən Xerson vilayətinin cənubunu – Krıma gedən "dəhlizi” tərk etməli olacaqlar.
"Biz hər bir məsələnin həlli üzərində ayrı-ayrılıqda işləyirik, lakin sənədləri ancaq bütöv və kompleks şəklində imzalaya bilərik. Əgər belə olmasa, söhbətlərin mənası itər. Onlar da öz aralarında bu mövqeyi dəstəklədilər və qərar verdilər ki, məhz belə də davam ediləcək”, - Araxamiya açıqlayıb.
Xəbər verdiyimiz kimi, martın 29-da İstanbulda Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub.
Ukrayna, onun üçün yeni təhlükəsizlik zəmanətləri sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edir. Ukrayna parlamentindəki "Xalqın xidmətçisi” fraksiyasının sədri, hazırda isə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya bildirib ki, rəsmi Kiyev hazırda BMT Təhlükəsizlik Şurası ölkələrini, o cümlədən Rusiyanı, ABŞ, Böyük Britaniya, Çin, Fransanı, həmçinin Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsraili qarantlar sırasında görür.
Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin hüquq qrupuna rəhbərlik edən diplomat Oleksandr Çalıy bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiyanın Ukraynaya qarşı başladığı müharibəni bitirmək üçün diplomatik formata çevrilməli olan təhlükəsizlik zəmanəti sazişini imzalamağa çalışır.
Onun sözlərinə görə, Ukrayna, hərbi bloklara daxil olmayan və qeyri-nüvə dövləti statusunu hərbi-siyasi ittifaqlara girmədən "daimi neytrallıq” şəklində təsbit etməyə hazırdır.
Eyni zamanda, Çalıyın sözlərinə görə, təhlükəsizlik zəmanəti sazişində Ukraynanın Avropa İttifaqına daxil olması ehtimalına etiraz olmayacaq.
Alpər