
Türkiyə ilə Rusiya arasında əlaqələrin normallaşmasından sonra, iki ölkə arasındakı münasibəti daha da yaxşılaşdıracaq addımlar atılır.
Qaynarinfo.Az Türk mətbuatına istinadən xəbər verir ki, hazırda hər iki ölkə vətəndaşların pasportsuz səyahəti üçün danışıqlar aparır. Bu çərçivədə əvvəlcə Rusiya türk vətəndaşlarına istiqamətli viza tətbiqini aradan qaldıracaq. Daha sonra iki ölkə vətəndaşları yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət edə biləcəklər.
Qeyd edək ki pasportsuz səyahət təklifini Türkiyə tərfindən irəli sürülüb. Rusiya isə bu təklifi müsbət qarşılayıb. Danışıqların yaxın günlərdə nəticə verəcəyi gözlənilir.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az