Xəbər lenti

Rusiya ilə Türkiyə arasında uçuşların bərpa olunacağı vaxt açıqlandı
Dünya12:50 19.05.2021

Rusiya ilə Türkiyə arasında uçuşların bərpa olunacağı vaxt açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ilə Türkiyə arasında müntəzəm uçuşlar iyun ayının ortalarından tez olmayaraq bərpa ediləcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg iki ölkə arasındakı danışıqların nəticələri ilə tanış olan bir türkiyəli rəsmi şəxsə istinadən məlumat yayıb.
Türk təmsilçilərinin Rusiya səlahiyyətliləri ilə əlaqəni daha əvvəl bərpa etməyə razı sala bilmədikləri bildirilir. Rusiya tərəfi pandemiya ilə mübarizə aparmaq üçün ölkənin həyata keçirdiyi tədbirlərin effektivliyini qiymətləndirmək üçün Türkiyəyə xüsusi komissiya göndərmək niyyətindədir.
17 may bazar ertəsi Türkiyənin Mədəniyyət və Turizm naziri Nuri Ərsoy ölkələr arasında uçuşların bərpası üçün şəxsən danışıqlar aparmaqdan ötrü təcili olaraq Moskvaya uçub. Ankara uçuş qadağasının 1 iyunda qaldırılacağını gözləyirdi.
Uçuşların açılmasının iki həftə təxirə salınması, onsuz da tətbiq olunan məhdudiyyətlərdən təsirlənən turizm biznesinə ciddi zərbə vuracaq.
Rusiyadan Türkiyəyə uçuşlar aprelin 15-də, koronavirus xəstəliyinin artması səbəbindən məhdudlaşdırılıb. Moskva ilə İstanbul arasında gündə yalnız iki uçuş saxlanılıb.
Alpər