Xəbər lenti

Rusiya indi də İsveç və Finlandiyanı hədələdi: NATO-ya üzv olmağa cəhd etsəniz...
Dünya10:18 05.03.2022

Rusiya indi də İsveç və Finlandiyanı hədələdi: NATO-ya üzv olmağa cəhd etsəniz...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiya prezidenti Sauli Niinisto ABŞ prezidenti Co Baydenlə Ağ Evdə görüşüb və o, müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.
Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, görüşdən sonra Finlandiya prezidenti jurnalistlərə Finlandiyanın NATO-ya üzvlük meyarlarına cavab verdiyini bildirib.
"İsveçdəki kimi Finlandiyada da vəziyyət dəyişib. Sorğulara əsasən, insanların əksəriyyəti ilk dəfədir ki, NATO-ya üzv olmağın tərəfdarıdır. Biz bunu parlamentlə müzakirə etməyə hazırıq", - Niinisto Fox News-a müsahibədə deyib.
Onun sözlərinə görə, Alyansa daxil olmaq barədə yekun qərarı parlament verəcək.
Xatırladaq ki, Finlandiya NATO-nun yaxın tərəfdaşıdır. Ölkə Rusiya Federasiyası ilə gələcəkdə NATO-nun genişlənməsi imkanlarını bağlayan hər hansı sazişlərin imzalanmasına qarşı çıxıb.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Finlandiya vətəndaşları ölkənin NATO-ya daxil olması üçün petisiya imzalayıblar. Halbuki hələ yanvar ayında Finlandiya Alyansa qoşulmaq planlarının olmadığını açıqlamışdı.
Bu arada, Rusiya Federasiyası artıq Finlandiyanı NATO-ya mümkün girişlə hədələməyə başlayıb. Xüsusilə, Rusiya Xarici İşlər Nazirliyi İsveç və Finlandiyanı NATO-ya üzv olmağa cəhd edəcəkləri təqdirdə onları "ciddi nəticələrlə” hədələyib.
Alpər