Xəbər lenti

Rusiya iqtisadiyyatı çökür: Banklarının mənfəəti 12 dəfə azalıb
Dünya 18:41 27.01.2023

Rusiya iqtisadiyyatı çökür: Banklarının mənfəəti 12 dəfə azalıb

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda 2022-ci ildə təcavüzkarın bank sektoru 2021-ci ilə nisbətən 12 dəfə az gəlir əldə edib.

Qaynarinfo xəbər verir ki, "Kommersant” qəzetinin Rusiya Federasiyası Mərkəzi Bankının məlumatlarına istinadən verdiyi məlumata görə, 2022-ci ildə Rusiyanın bank sektoru 203 milyard rubl mənfəət əldə edib, bir il əvvəl isə mənfəət 2,4 trilyon rubl olub.

"Mənfəət bankların 2,4 trilyon rubl qazandığı 2021-ci ilin rekord nəticəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, 2022-ci ilin birinci yarısında itkilər, əsasən, valyutanın yenidən qiymətləndirilməsi səbəbindən 1,5 trilyon rublu ötüb", - materialda deyilir.

Bəzi kredit təşkilatlarının ili xeyli itki ilə başa vurduğu da bildirilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->